- Baxış sayı: 48
- 03 Aprel 2026 17:28
- Baxış sayı: 126
- Aprel 03, 2026
- 0

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük ipək yolu” beynəlxalq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının 8 boksçusu yarımfinala vəsiqə qazanıb.
65 kq-da Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kq) Atabəy İsmayılovdan güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal gürüşündə Məhəmməd Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.
Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.
65 kq-da Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Əsədbəy Rəcəbovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Malik Həsənov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27). Həsənov növbəti görüşündə Viktorio İliyevlə (Bolqarıstan) gücünü yoxlayacaq.
75 kq-da Rasim Çobanlı Vitali Pavlenkoya (Moldova) qalıb gəlib – 3:0 (28:28, 30:26, 29:27, 28:28, 30:26). O, yarımfinalda Şərbəy Şakirovla (Özbəkistan) görüşəcək.
85 kq-da isə Murad Allahverdiyev turnirə qələbə ilə başlayıb. Boksçumuz Yeriço Daleni (Avstraliya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Allahverdiyev finala gedən yolda Batırbəy Benkuru (Qazaxıstan) sınağa çəkəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Kişi idmançıların yarışında bu mərhələ bu gün yekunlaşacaq.
Boks mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən “Böyük ipək yolu” beynəlxalq turniri aprelin 7-də başa çatacaq.