Azərbaycanın cüdo komandası ikinci oldu

Azərbaycanın cüdo komandası I MDB oyunlarında gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, yığma finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.

100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.

Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.

Həmin kateqoriyadan