- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Azərbaycanın “Bakı-2015” Birinci Avropa Oyunlarında əldə etdiyi təcrübə və tətbiq olunan yeniliklər beynəlxalq idman ictimaiyyətinə dəyərli töhfədir. Bu oyunların yüksək peşəkarlıqla keçirilməsi Azərbaycanın hərtərəfli inkişafının təzahürüdür”.
Allsport.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində diqqətə çatdıran Beynəlxalq İdman Təhlükəsizlik Mərkəzinin (ICSS) prezidenti Məhəmməd Hanzab vurğulayıb ki, idman və turizm bir-birinin inkişafına əhəmiyyətli təsir göstərir. Birinci Avropa Oyunları bir tərəfdən Azərbaycandakı yüksək idarəetməni ortaya qoydusa, digər tərəfdən idman ölkəsi kimi təbliğ olunmasına böyük şanslar yaratdı. Bütün bunlar isə gələcəkdə Azərbaycana turizm axınının yaranmasına əhəmiyyətli təsir göstərəcək. Azərbaycan Gənclər və İdman Nazirliyi, o cümlədən aparıcı idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq ICSS üçün böyük əhəmiyyət daşıyır.
Məhəmməd Hanzab deyib: “qarşıda “Bakı-2017” IV İslam Həmrəylik Oyunları var. Əlbəttə ki, Azərbaycan bu Oyunlara ciddi hazırlaşır. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu beynəlxalq yarışın da yüksək səviyyədə keçirilməsini təmin edəcək və bunun üçün ölkədə böyük potensial mövcuddur”.