Azərbaycanla Pakistan arasında yeni anlaşma

“Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir”. Allsport.az saytı xəbər verir ki, bu sözü ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının əyalətlərarası koordinasiya federal naziri Fəhmida Mirza Ni deyib. Bu gün xanım gənclər və idman nazirində olub. Qonağı səmimi qəlbdən salamlayan nazir Azad Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırdı.

Azad Rəhimov qeyd etdi ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda, qeyd olundu ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq milli idman tibb və reabilitasiya İnstitutu, dövlət bədən tərbiyəsi və idman akademiyası, milli gimnastika arenası, su idmanı sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək.

Qonaqpərvərliy üçün xüsusi təşəkkürünü bildirən xanım nazir idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu bildirdi. Fəhmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söylədi. Qonaq bildirdi ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən xanım Fehmida Mirza Ni, işləniləcək idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğuladı. Xanım Fəhmida Mirza Ni, Azərbaycan və Pakistan idmançılarının müxtəlif idman növlərində təlim məşq toplnatılarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirmənin vacibliyini diqqətə çatdırdı.

Azərbaycanın həddən ziyadə əsrarəngiz ölkə olduğunu və turizm potensialının da çox inkişaf etidiyini söyləyən qonaq, Pakistanlıların son illərdə bu ölkəyə göstərdikləri böyük maraqdan da xüsusi söz açdı.

Daha sonra, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumunun imzalandı.

Həmin kateqoriyadan