- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İranın Bocnurd şəhərində keçirilmiş klublararası dünya kubokunda güləşçilərimiz dəstəksiz qalmayıb. Allsport.az saytı xəbər verir ki, bu növdə tanınmış azərbaycanlı azarkeş Bəxtiyar Əliyev “İran Mol” klubunda çıxış edən Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənovun (79 kq) “Azadi” ilə final görüşünü də canlı izləyib.
Bahadırlarımızın qələbəsinə sevinən həmyerlimiz onlarla xatirə şəkli çəkdirməyə də imkan tapıb. O, payızda Qazaxıstan paytaxtı Nur-Sultanda təşkil olunan dünya çempionatında da azarkeş qrupuna rəhbərlik etmişdi. Xatırladaq ki, “İran Mol” dünya kubokunu qazanıb.
