- Baxış sayı: 41
- 03 Fevral 2026 17:28
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Latviya çempionatında 4-cü turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun çıxış etdikləri “Dauqava” da növbəti matçına çıxıb.
Bu komanda doğma meydanda “Ventspils” ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:5.
Bu oyunda da hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Orxan 69-cu, Mirabdulla isə 81-ci dəqiqəqə əvəzlənib. Qeyd edək ki, 4 turdan sonra 3 xala malik olan “Dauqava” 8 klub arasında yeddinci pillədə qərarlaşıb.