- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Frank Artiqa “Rubin”in yeni baş məşqçisi təyin edilib.
Allsport.az xəbər verir ki, 49 yaşlı ispaniyalı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Artiqanın məşqçilər heyətinə Anis Busaidi və Xosep Texedo da daxil olub.
Karyerası ərzində “Barselona”nın aşağı yaş qruplarında, həmçinin Rusiyanın “Rodina” və “Ximki” klublarında çalışmış Artiqa son olaraq Anqolanın “Petru Atletiku” komandasına rəhbərlik edib. O, bu postda bir gün əvvəl istefaya göndərilən Rəşid Rəhimovu əvəz edib.