Azərbaycanlı futbolçular Latviya 1-ci liqasının liderini darmadağın ediblər

Latviya 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – “Olayne/Super Nova” doğma meydanda çempionatın lideri “Babite” ilə qarşılaşıb. Hansı ki, bu komanda əvvəlki 16 oyununun hamısında qalib gəlmişdi. Amma bu matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 3:0.

Lideri məhz azərbaycanlı futbolçular deviriblər. Vüqar start heyətdə başladığı matçın 90-cı dəqiqəsində əvəzlənib. Orxan isə 59-cu dəqiqədə meydana daxil olub.

Qarşılaşmada hesabı 5-ci dəqiqədə adı ilk çəkilən həmyerlimiz açıb. 69-cu dəqiqədə digəri özünün və komandasının 2-ci qolunu vurub. “Olayne”nin gözlənilməz qələbəsini 83-cü dəqiqədə Orxan rəsmiləşdirib – 3:0.

Bu, Əsgərovun cari mövsümdə vurduğu 23-cü qol olub. Həsənəliyev isə 8 qol vurub. 34 xal toplayan “Olayne” 15 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan