- Baxış sayı: 41
- 03 Fevral 2026 17:28
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Latviya birinci liqasında 8-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun şərəfini qoruduğu “Olayne/Super Nova” səfərdə “Smiltene” ilə qarşılaşıb.
Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək mübarizə apardığı halda, Orxan 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, son turlarda həmyerlilərimiz məhsuldar çıxışları ilə Latviya klubuna bol qollu qələbələr qazandırmışdılar. Geridə qalan turlarda 10 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.