- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İnsanın zövqləri və üstünlükləri – bu tamamilə fərdi bir şeydir. Çox sayda adam tapılar ki, onun öz zövqü və üstünlüyü olsun, bunu paylaşa və ya əksinə, başqasının xoşuna gələ biləcəyi şeyləri inkar edə və çaşdıra bilərik. Hər qadının öz gözəlliyi var, üstəlik, əgər söhbət adilərdən çox fərqlənən idmançı qızlardan gedirsə. Xeyr, “adi” qızların pis olduğunu düşünməyin. Hər kəs məşğuliyyətini özü seçir. İstəmədiyi şeylə niyə vaxt itirməlidir ki?
Allsport.az saytının bugünkü qəhrəmanı Azərbaycanda doğulan, amma sonradan Ukraynanın Dnepr şəhərinə köçən Bahar Nəbiyevadır. Onun böyük əzələli ayaqları var. 26 yaşlı idmançını camaat çox vaxt “kentavr ayaqlı”, “at ayaqlı” və sairə adlandırır. İndi o, sosial şəbəkələrdə çox məşhurdur, həm də “müqayisəolunmaz” bodibilderdir. Həmvətənimizi ən yaxşı İnstaqram tanıdıb, burada qız nəhəng idman vucudlu fotolarını nümayiş etdirir. Onun boyu 157,5 sm, çəkisi 53-55 kq-dır. Diqqəti çəkən iri əzələli ayaqları və əlbəttə ki, qara gözləridir.