Azərbaycanlı hakim ÇL-də 4 sarı vərəqə göstərdi, qol olmadı

Ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bir neçə görüş baş tutdu. Allsport.az xəbər verir ki, keçirilən qarşılaşmalardan biri Azərbaycan futbolsevərləri üçün də maraq kəsb edirdi.

Belə ki, FİFA referimiz Əliyar Ağayev Kipirdə baş tutan yerli APOEL və Makedoniya “Vardar”ı arasındakı ilk oyunda ədaləti qoruyurdu. Bu qarşılaşmada tərəflər qapılara yol tapa bilməyiblər – 0:0. Azərbaycanlı referi futbolçulardan dördünü sarı vərəqə ilə cəzalandırıb. Bu xəbərdarlıqlardan ikisi meydan sahiblərinə, ikisi isə qonaqlara göstərilib.

Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Mübariz Həşimov yardımçı olub. Dördüncü hakim funksiyasını isə Fariz Yusifov yerinə yetirib.

Həmin kateqoriyadan