- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA-nın məşqçilər komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan Rusiyanın “Anji” klubnun baş məşqçisi Sergey Taşuyevlə görüşüb. Allsport.az xəbər verir ki, görüşdə əsasən legioner limiti müzakirə olunub.
Mahaçqala klubunun çalışdırıcısı klub saytına açıqlamasında görüşlə bağlı bunları söyləyib: “Rusiya və Azərbaycanda futbolun inkişafı barədə düşüncələrimizi paylaşdıq. Əsasən legioner limitindən, bu limitin yığma komandalara təsirindən söhbət açdıq. Azərbaycanlı həmkarlarımıza Rusiyada futbolun inkişafına dair klubumuzun məşqçilər korpusunun düşüncələri maraqlı idi. Onlar müəyyən nüansları öyrənməyə çalışdılar ki, lazım gələrsə öz ölkələrində də bunu tətbiq etsinlər”.
Qeyd edək ki, AFFA-nın məşqçilər komitəsinin sədri Vaqif Sadıqov vaxtilə “Anji”nin məşqçilər korpusunda çalışıb, hətta bu komandanı bir neçə rəsmi oyuna çıxarıb.