Azərbaycanlılar “Qızıl top”la bağlı sorğuda kimə səs verib?

2014-cü ildə dünyanın ən yaxşı futbolçusu seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi açıqlanıb. Allsport.az xəbər verir ki, baş məşqçi qismində səs verən Mahmud Qurbanov səslərini müvafiq ardıcıllıqla Aryen Robben (Niderland, “Bavariya”), Anxel Di Mariya (Argentina, “Mançester Yunayted”), Kriştianu Ronalduya (Portuqaliya,”Real”) verib.

Milimizin kapitanı Rəşad Sadıqov “Qızıl top”a Kriştianu Ronaldunu layiq görüb. O, ikinci yerdə Manuel Noyeri (Almaniya, “Bavariya”), üçüncü yerdə isə Aryen Robbeni göstərib.

Media işçisi kimi səs verən Rasim Mövsümzadə də Ronaldunu birinci, Filipp Lamı (Almaniya, “Bavariya”) ikinci yerə layiq görüb. O, üçüncü yerdə isə Aryen Robbeni göstərib.

Həmin kateqoriyadan