- Baxış sayı: 143
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun çağırış kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, Ukrayna təmsilçisi “Balta” ilə bu raundun hər iki matçı tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.
Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan voleybol mərkəzində keçiriləcək hər iki görüş saat 20:00-da start götürəcək.