- Baxış sayı: 33
- 03 Dekabr 2024 20:21
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub. Allsport.az xəbər verir ki, bu gün Bakı idman sarayında keçirilən final matçında “Azərreyl” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.
Oyundan əvvəl regional voleybol klublarının yeniyetmə oğlan voleybolçuları və finalçıların iştirakı ilə komandaların paradı baş tutub. Sonra Azərbaycan çempionatının kuboku meydançaya gətirilib. Ardınca Azərbaycan respublikasının dövlət himni səsləndirilib və qarşılaşma start götürüb. Gürcüstan voleybol federasiyasının prezidenti Georgi Kartvelişvili və AVF-nin rəhbərliyinin də izlədiyi oyun gərgin keçib. “Azərreyl” ilk setdə qalib gəlsə də növbəti iki hissəni “Murov Az Terminal” aktivinə yazdırıb.
4-cü setdə qələbə qazanan “Azərreyl” ümumi hesabı bərabərləşdirib və matçın taleyi tay-brekdə həll olunub. Həlledici hissədə 15:13 hesabı ilə qalib gələn “Azərreyl” finaldan 3:2 hesablı qələbə ilə ayrılıb və Azərbaycan çempionu adını qazanıb. “Murov Az Terminal” isə yüksək liqanın gümüş medalına sahib çıxıb. Bürünc medalı isə üçüncü yer uğrunda görüşdə MOİK-i məğlub edən “Neftçi” klubu qazanıb.
Qeyd edək ki, komandalara medallar sabah keçiriləcək mükafatlandırma mərasimində təqdim olunacaq.
22 aprel
Final
“Azərreyl” – “Murov Az Terminal” 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13)