“Azərreyl” “Murov Az Terminal”dan zəif oldu

Qadın voleybolçular arasında yüksək liqada VII turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində ilk olaraq “Murov Az Terminal” və “Azərreyl” komandaları qarşılaşıblar. 5 set davam edən matçda “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.

Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyası” klubu “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Abşeron” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Yüksək liqa

21 yanvar

VII tur

“Murov Az Terminal” – “Azərreyl” 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)

UNEC – “Abşeron” 0:3 (8:25, 16:25, 9:25)

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:0 (25:11, 26:24, 25:19)

Növbəti turun oyunları yanvarın 28-də keçiriləcək.

Həmin kateqoriyadan