- Baxış sayı: 46
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 67
- Fevral 08, 2026
- 0

Kişi voleybolçular arasında yüksək liqada XVI turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, bu gün XVI tur çərçivəsində FHN-nin idman zalında “Xilasedici” komandası “Gənclər”i qəbul edib. Oyun ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunları isə GİN -nin voleybol mərkəzində keçirilib. Burada “Murov Az Terminal” 3:0 hesabı ilə MOİK komandasını, “Azərreyl” isə 3:1 hesabı ilə “Neftçi” klubunu məğlub edib.
Yüksək liqa
19 mart
XVI tur
“Xilasedici” – “Gənclər” 3:0 (25:17, 25:22, 25:18)
MOİK – “Murov Az Terminal” 0:3 (20:25, 17:25, 24:26)
“Azərreyl” – “Neftçi” 3:1 (25:19, 25:19, 23:25, 26:24)