- Baxış sayı: 189
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Bu gün voleybol üzrə çempionlar liqası, “CEV kuboku” və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.
Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki komanda təmsil edəcək. Kişilərdən ibarət “Azərreyl” klubu çempionlar liqasında, “Xilasedici” komandası isə “Challenge Cup”da mübarizə aparacaqlar.
Çempionalar liqasında debüt edəcək “Azərreyl” yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Serbiyanın “Radniçki” klubu olub. Cütün ilk oyunu 21-23 oktyabr, cavab matçı isə 28-30 oktyabrda keçiriləcək.
Avrokuboklarda debüt edəcək “Xilasedici” klubu isə Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabrda baş tutacaq.