- Baxış sayı: 40
- 21 Aprel 2025 23:53
- Baxış sayı: 106
- Aprel 21, 2025
- 0
Qadın voleybolçular arasında yüksək liqada XIII turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, GİN-nin voleybol mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Milli Aviasiya Akademiyası”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Eyni məkanda baş tutan ikinci oyunda qalib tay-brekdə müəyyən olunub. “Gəncə” klubu “Murov Az Terminal”ı 3:2 hesabı ilə məğlub edib.
UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Azərreyl” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək liqa
XIII tur
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:21, 25:22, 25:23)
UNEC – “Azərreyl” 0:3 (14:25, 18:25, 15:25)
“Murov Az Terminal” – “Gəncə” 2:3 (15:25, 25:19, 23:25, 25:16, 13:15)