“Azərreyl”dən inamlı qələbə

Qadın voleybolçuların yüksək liqasında VII turun oyunu keçirilib.

Allsport.az xəbər verir ki, bu gün “Murov Az Terminal” VK-nın idman zalında “Azərreyl” komandası “Murov Az Terminal”ın qonağı olub.

Hər üç setdə rəqibindən üstün olan “Azərreyl” oyundan 3:0 hesabı ilə qalib ayrılıb.

Turun növbəti oyunu 18 dekabrda UNEC və “Gəncə” komandaları arasında keçiriləcək.

Yüksək liqa (qadınlar)

16 dekabr

VII tur

“Murov Az Terminal” – “Azərreyl” 0:3 (18:25, 15:25, 21:25)

Həmin kateqoriyadan