“Azərreyl”lə “Bakı RVK” zirvədə 

16 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Allsport.az xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində bürünc və qızıl medallar uğrunda qarşılaşmalar keçirilb.

Oğlanlar arasında üçüncü yer uğrunda oyunda “Embawood” komandası “Oğuz RVK”nı 3:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Milli Aviasiya Akademiyası” komandası “Xarı Bülbül-3” klubuna 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Qızların final qarşılaşmasında “Azərreyl” komandası “Şərqi Zəngəzur RVK”nı 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Bakı RVK” komandası “Sumqayıt RVK”nı 3:2 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov iştirakçıları və tamaşaçıları salamlayıb, qalibləri təbrik edib. O, yarışların maraqlı və gərgin mübarizə şəraitində keçdiyini qeyd edərək gənc idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, “Sumqayıt” VK-nın prezidenti Tariyel Alverdiyev, “Azərreyl” VK-nın prezidenti Ramil Əzizov, “Şərqi Zəngəzur RVK”nın direktoru Elmira Ağakişiyeva və “Bakı RVK”nın direktoru Əjdər Cəfərov təqdim ediblər.

Beləliklə, qızların yarışında “Azərreyl” komandası qızıl medal və kuboka layiq görülüb. “Şərqi Zəngəzur RVK” gümüş, “Milli Aviasiya Akademiyası” isə bürünc medal qazanıb.

Oğlanların yarışında isə “Bakı RVK” komandası qızıl medal və kuboka sahib olub. “Sumqayıt RVK” gümüş, “Embawood” komandası isə bürünc medal əldə edib.

Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.

Azərbaycan birinciliyi (U-16)

15 mart

Qızlar

III YER

“Milli Aviasiya Akademiyası” – “Xarı Bülbül-3” 3:1 (25:19, 27:29, 25:9, 25:14)

Final

“AZERRAIL” – “Şərqi Zəngəzur RVK” 3:0 (25:13, 25:16, 25:23)

I yer – “Azərreyl”

II yer – “Şərqi Zəngəzur RVK”

III yer – “Milli Aviasiya Akademiyası”

Oğlanlar

III YER

“Oğuz RVK” – “Embawood” 2:3 (11:25, 23:25, 25:23, 25:20, 6:15)

Final

“Bakı RVK” – “Sumqayıt RVK” 3:2 (20:25, 18:25, 25:22, 25:22, 15:11)

I yer – “Bakı RVK” 

II yer – “Sumqayıt RVK” 

III yer – “Embawood” 

Həmin kateqoriyadan