- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, qadın həndbolçulardan ibarət “Azərsu” Mingəçevirin “Kür” olimpiya idman mərkəzində hazırlıq keçir. Allsport.az saytı xəbər verir ki, təlim-məşq əsasən fiziki işləmənin üzərində qurulub.
Ölkə çempionu yayda komandanı 3 oyunçu ilə gücləndirib. “Nur”dan Dərya Çapligina və “Gənclərbirliyindən” Diana Rəsulova ilə Nəzrin Quliyeva bundan sonra “Azərsu”nun uğuru üçün çalışacaq. Hazırlıq ayın 12-ə qədər çəkəcək. Sonrakı mərhələ yenidən paytaxtda davam etdiriləcək.
Komandamız yeni mövsümdə avrokubokda debüt edəcək. EHF kubokunun ilkin ələməsində rəqib Polşanın Lüblin şəhərini təmsil edən “Metrako Zaqlebie” klubudur. İlk oyun 8-9 sentyabrda səfərdə, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.