- Baxış sayı: 15
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Bu gün qadın həndbolçuların superliqasında 1 oyun keçirildi. Allsport.az saytı xəbər verir ki, “Azərsu” paytaxtda “Nur” klubunu qəbul etdi.
Görüşdən əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğında dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Gərgin və maraqlı mübarizədə fasiləyə ölkə çempionu 13:12 üstün yollansa da, 2-ci yarıda təşəbbüsü ələ alan “Azərsu”matçı xeyrinə bitirib (28:27).
Ötən tur eyni məcrada “Qarabağ” Mingəçevir komandasını yenmişdi (29:28).