- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Qadınların ölkə çempionatının 16-cı turunda “Nur” Mingəçevirdə “Kür” Olimpiya İdman Mərkəzində “Azərsu” klubunu qəbul edib. Gərgin keçən görüş 24:24 bitib. Oyundan sonra liderin aparıcı həndbolçusu Kristina Ozolina allsport.az saytına açıqlama verib:
“Əlbəttə, bu matçda qalib gəlmək istəyirdik (qələbə həmişə xoşdur). Amma 4 iddialı komandanın bu gün mükafata layiq yerlər uğrunda rəqabətdə xal ehtiyatına baxsaq, hazırkı durum bizi qane edir və “Azərsu” çempionluğa daha bir addım yaxınlaşdı”.