- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın həndbolçuların superliqasında 10-cu tur keçirilib. Allsport.az saytı xəbər verir ki, günün böyük maraqla gözlənilən görüşü “Azəryol” və “Azərsu” arasında olub.
Son zamanlar toparlanan Marina Cəfərovanın komandası ölkə çempionuna gərgin anlar yaşatsa da, sonda 1 top fərqi ilə uduzub (23:24).
“Qarabağ”ın autsayder “İdman akademiyası” ilə görüşü də asan keçməyib. Çingiz Əzimovun drujinası yekunda təcrübə hesabına qalib gəlib (40:35).