- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 108
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunun 3-cü mərhələsində Türkiyə paytaxtında “Ankara Yeniməhəllə” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, gərgin keçən oyunun ilk hissəsi heç-heçə bitib.
Fasilədən sonra təşəbbüsü rəqibə verməyən “yolçəkənlər” daha fəallıq göstərərək sonu xeyrinə bitirib (30:29). Bizdən ən çox fərqlənən Konovalova olub – 8 top. Cavab matçı sabah keçiriləcək.
Görüşlərin hakimləri kosovolu Şerif Xema və Jahya Besfortdur. EHF nümayəndəsi gürcüstanlı Levan Gelaşvilidir.