- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 25
- Mart 26, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunda ilk oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, vitse-çempion Lüksemburqda yerli “Düdelanj”ın qonağı olub.
Hər 2 hissədə üstün oynayan komandamız böyük fərqlə qalib gəlib – 36:15 (16:6). Bizdən ən məhsuldar həndbolçu hərəyə 6 dəfə fərqlənən Anastasiya Metelskaya və Mariya Raçiteleva olublar.
Görüşün hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisiosdur. Avropa Həndbol Federasiyasının nümayəndəsi almaniyalı Frank Bölhoffdur. Cavab görüşü bu gün keçiriləcək.