- Baxış sayı: 46
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“ABU-arena”da qadın və kişi həndbolçular arasında ölkə çempionatının 1-ci dövrəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu mübarizə günündə də 3 görüş keçirilib. Qızıl medallara iddialı “Azəryol” (ABU) klubu adından göründüyü kimi, əsasən yeniyetmə-gənclərdən təşkil olunan “Gənclər Birliyi”nə 20 top fərqi ilə qalib gəlib – 33:13.
Mingəçevirin “Nur” komandası “Qarabağ”ı 5 top üstünlüyü ilə məyus edib (29:24). Kişilərin rəqabətində “Təhsil” – “Nəsimi”ni yenib – 39:25. “Məhsul” klubu da RİOEUGİM üzərində qələbə çalıb – 36:21. Qeyd: yarış cədvəli ön səhifədə.