- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 72
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “AHF arena” idman kompleksində məşqinə 14 nəfər cəlb edilib. Allsport.az saytı xəbər verir ki, fiziki və taktiki hazırlıqlarının artırılması üzərində işləyən kollektiv, Çingiz Əzimovun rəhbərliyi ilə həftədə 5 dəfə çalışır. Həm növbəti ölkə çempionatında, həm də Avropa kuboku yarışlarında uğurla çıxış edəcəyinə ümid bəsləyən həndbolçularımız gərgin məşq edirlər.
Qadın həndbolçuların AHF kuboku davam edir. “Azəryol” qitəmiqyaslı yarışda mübarizəyə 2-ci təsnifat mərhələsindən qatılacaq. Komandamız Avstriyanın “Roomz Jags” klubu ilə üz-üzə gələcək. Razılaşmaya əsasən, ilk qarşılaşma oktyabrın 8-də Avstriyanın Viner Noyştadt şəhərində olacaq.
Rəqiblər ertəsi gün cavab matçına da sözügedən şəhərin “Roomz Arena” idman kompleksində çıxacaqlar. İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda yarışın üçüncü təsnifat mərhələsinə yüksələcək.