- Baxış sayı: 135
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bakının qadın voleybolçulardan ibarət “Azəryol” klubu millinin daha bir üzvü ilə müqaviləni yeniləyib. Allsport.az saytı xəbər verir ki, “xallı bəbirlər” gənclər yığmamızın 17 yaşlı liberosu Leyla Parşkovanı komandada saxlayıb. Onunla 1 illik anlaşılıb. Bununla “Azəryol”da voleybolçuların sayı 13-ə çatıb.
CEV kubokunda mübarizə aparacaq komanda daha əvvəl Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü – ABŞ), Kinqa Kasprjak (Polşa), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə imzalayıb.