- Baxış sayı: 186
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Allsport.az xəbər verir ki, yarımfinala vəsiqə qazanmaq uğrunda Bakı təmsilçisi Polşanın “Muşina” komandasını yarışdan kənarlaşdırmalıdır. “Muşina” klubu turnirin səkkizdəbir final mərhələsində Sloveniyanın “Nova Branik” klubundan üstün olub.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb.