- Baxış sayı: 33
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçuların superliqasında ilk dövrə başa çatdı. 5-cü turun mərkəzi görüşündə 2 lider “Azəryol” və “Nur” komandaları qaşılaşdılar. Gərgin keçən matçda vitse-çempion 1 top üstünlüyü ilə qalib gəldi (33:32).
Oyunun son saniyələrində qonaqlar hesabı bərabərləşdirə bilərdilər. Amma üçə bir mübarizədə “Azəryol”un yalqız qalan cinah həndbolçusu Mariya Raçiteleva rəqibin təhlükəli hücumunu saxlayaraq, komandasının qələbəsində vacib rol oynadı. Amma bu zaman milli əl topu ustası toqquşmada zədələndi.
Allsport.az saytına verdiyi açıqlamada, o, durumunun təhlükəli olmadığını deyib: “Oynayacağam, amma hələ müalicə alıram, vəziyyətə nəzarət edirəm. Zədən ciddiləşməsin deyə, ehtiyatlı olmalıyam”.