- Baxış sayı: 135
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib. Allsport.az xəbər verir ki, Bakı təmsilçisi yanvarın 19-da Polşada “Muşina” komandasının qonağı olacaq. Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb.