- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

Şağan olimpiya idman kompleksində qadın həndbolçuların superliqasında “Azəryol” əsas izləyicisi “Qarabağ”ı 37:28 üstələyərək, ölkə çempionluğunu öncədən özünə təmin edib. Allsport.az saytına açıqlamasında, komandanın aparıcı oyunçusu Rəna Həsənova (Nəsrəddinova) bunu deyib:
“Qələbə qazandığımız üçün, çox şadıq. “Qarabağ” layiqli rəqibdir. Qarşımıza çempion olmaq məqsədi qoyduq və buna nail olduq. Çempionatın bərpasına çox şadıq. Növbəti vəzifəmiz isə, İslam oyunlarına hazırlaşmaqdır. Çalışacağıq ki, orada yaxşı nəticə göstərək”.