- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

Qadın həndbolçuların superliqasının 14-cü turunda qızıl medallara əsas iddialı “Qarabağ”a 33:23 qalib gələn “Azəryol” ardıcıl 2-ci çempionluq yolunda vacib addım atıb.
Aralarındakı xal fərqini 6-ya yüksəldən Georgi Voronovun komandası əməli olaraq uğuru öncədən təmin edib. “Yolçəkənlər”in krasnodarlı legionçusu Dərya Rusinova allsport.az saytına açıqlamasında durumu belə aydınlıq gətirib:
“Oyun çox ağıq keçdi, amma sevindiricidir ki, toparlana bildik, bir-birimizə dəstək verdik. vahid komanda olduq. Son haqqında indidən hesablaşmaq tezdir. Qarşıda 4 görüş qalıb, həyatda hər şey olur. Biz axıracan mübarizə aparacağıq”.