Azad Rəhimov Bədən tərbiyəsi və idman günü münasibətilə Aydın İbrahimova qol saatı hədiyyə edib

Bu gün Gəncədə 5 mart – Bədən tərbiyəsi və idman gününə tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. ADR-in ilk paytaxtında təşkil olunan bayramda dövlət rəsmisi veteran idmançılarla görüşüb.

Onların sırasında sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimov da olub. Ünlü mütəxəssilərə can sağlığı arzulayan nazir onlara hədiyyə verib.

Gəncəli veterana Azad Rəhimov Yaponiya istehsalı olan “Casio” saatı bağışlayıb. Ötən il 80-illik yubileyini qeyd edən olimpiya mükafatçısı hədiyyəni şəxsi Feysbuk səhifəsində paylaşıb.

Həmin kateqoriyadan