Azad Rəhimov BMT-nin iqtisadi və sosial şurasının 6-cı gənclər forumuna qatılıb

Yanvarın 30-da ABŞ-ın Nyu-York şəhərində BMT-nin iqtisadi və sosial şurasının 6-cı gənclər forumu öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, təşkilatın baş qərargahında iki gün davam edən tədbirin əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub.
Forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi etdiyi nümayəndə heyəti təmsil edib. Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır.

Həmin kateqoriyadan