Azad Rəhimov BŞGİBİ-nin yeni binasının açılışında iştirak edəcək

Fevralın 2-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi yeni binaya köçür. Allsport.az saytının məlumatına görə, gələn aydan BŞGİBİ Səbail rayonunun İstiqlaliyyətlə Əşməd Cavad küçələrinin aralığında yerləşən Adil Babayev 5 ünvanında (Səadət Sarayının yaxınlığı) fəaliyyət göstərəcək. Bu qərargah da digəri kimi arxitektur tikilidən ibarətdir.

Binanın özü 4 mərtəbədən ibrətdir. Əslində, BŞGİBİ-nin mərkəzə köçü ötən ilin sonunda baş tutmalı idi. Sadəcə, yeni ünvanda təmir işləri tam bitmədiyindən, bu yerdəyişmə 2015-ci ilin ilk aylarına saxlanmışdı.

Əldə etdiyimiz bilgiyə görə, BŞGİBİ-nin yeni iş yerinin açılışında gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək. O, binaya baxış keçirəcək, idarənin əməkdaşlarına öz xeyir-duası verəcək.
Qeyd edək ki, buna qədər dövlət təşkilatı Bayıl qəsəbəsində, Neftçi Qurban küçəsi 102 ünvanında bir mərtəbəli binada yerləşirdi.

Həmin kateqoriyadan