Azad Rəhimov: Bu yarışlar Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu deməyə əsas verir

Azərbaycan ev sahibliyi etdiyi yarışlarla həm turistləri cəlb edir, həm də idman ölkəsi olduğunu sübuta yetirir. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib. Dövlət rəsmisinin sözünə görə, bu il Azərbaycan iyunun 5-9-da velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatına, iyunun 22-23-də gənclər arasında olimpiya oyunlarına idman gimnastikası üzrə Avropa təsnifat yarışlarına, sentyabr ayında cüdo üzrə dünya çempionatına, noyabrın 17-18-də ilk dəfə olaraq akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək:

“2018-ci ilin əvvəlinə nəzər salsaq, Azərbaycanda martın 15-18-də idman gimnastikası üzrə dünya kuboku, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatı, aprelin 23-24-də bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir, həmin ayın 27-29-da bədii gimnastika üzrə dünya kuboku və Formula1 yarışlarının təşkil edildiyinin şahidi olarıq. Bu isə bizə Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu deməyə əsas verir”.

Həmin kateqoriyadan