- Baxış sayı: 99
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Lisenziyaların sayı məni qane etmir. Güləş və avarçəkmədən narazıyam. Daim cüdodan yüksək nəticə gözləyirəm. Amma onlar da gümüş medaldan yuxarı qalxa bilmirlər. Boks məktəbimiz güclüdür. Hərçənd istədiyimiz nəticəni burda da ala bilmirik. Son dönəmdə badminton, stolüstü tennis və qılıncoynatma artırıb. Ümid edirəm ki, bu olimpiya mərhələsində 50 lisenziya qazanacağıq. Bir vəsiqə artıq olarsa, artıq böyük komanda sayılacağıq. Azərbaycan kimi kiçik bir məmləkət üçün bu böyük nəticə olar”.
Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında dedi. Dövlət rəsmisi bildirdi ki, Rusiyanın düşdüyü dopinq bəlası ilə bağlı Azərbaycanı təhlükə gözləmir: “WADA-nın rəhbiri ilə dostam. Rusiyalı həmkarımla da isti münasibətim var. Qonşumuzla bağlı dopinq qalmaqalının əsl səbəbindən xəbərdaram. Bunu sizə indi açıqlaya bilmərəm. Bu dopinq qalmaqalının Azərbaycana heç bir təsiri olmayacaq. Çünki işimizi düzgün qurmuşuq. Dopinq məsələsində dostluq, münasibət rol oynamır”.
Azad Rəhimov idman KİV-ində durumu da aydınlıq gətirdi. Bildirdi ki, jurnalistlər özləri yeni qurum yaratmalıdırlar: “Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının işindən razı deyiləm. O qurumun fəaliyyəti görünmür. Amma idman şöbəsinin müdiri Fərid Mansurovla “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevə tapşırmışam ki, yeni idman jurnalistlərindən ibarət qurum yaradılmasına nail olsunlar. Mən də həmin qurumun qeydiyyatından keçməsinə köməklik edəcəyəm”.