Azad Rəhimov Parisdə UNESKO ilə əməkdaşlıq imkanlarını müzakirə edib

UNESKO-nun Parisdə yerləşən baş qərargahında gənclər və idman naziri Azad Rəhimovla təşkilatın baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşifin görüşü olub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı qonaq ölkəmizdə aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.

Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq tərəflər konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər dl görüş zamanı müzakirə mərkəzində olub.

Bununla yanaşı, ölkəmizin tərəflər konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər diqqət də mərkəzində olub. Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Həmin kateqoriyadan