- Baxış sayı: 104
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Gənclər və idman naziri Azad Rəhimov ötən həftə Afrika İttifaqı Sosial münasibətlər komissarı xanım Əmirə Əl Fadil, Polşanın idman və turizm naziri Vitold Banka, Bolqarıstanın idman naziri Krasen Kralevi qəbul edib. Allsport.az saytı xəbər verir ki, dövlət rəsmisi ölkəmizdə aparılan idman siyasəti, idman sahəsində görülən işlər, keçirilmiş və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirlərindən, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmindən, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılmasından, ölkəmizdə fəaliyyət göstərən idman qurğularından və digər mühüm məqamlardan haqqında danışıb.
Nazirlər Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, Antidopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırdılar. Bunula yanaşı, nazir Azad Rəhimov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbəri Tomas Ayan və Beynəlxalq Paralimpiya Komitəsinin başçısı Endryu Parsonsla da görüşüb.