Azad Rəhimov qalib şahmatçını qəbul etdi

“Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot oen-2020” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının qalibiyyəti hər birimizin sevinçinə səbəb olmaqla bərabər, eyni zamanda, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü gənclər və idman naziri Azad Rəhimov “Aeroflot open-2020” beynəlxalq şahmat turnirin 14 yaşlı qalibi Aydın Süleymanlı ilə görüşündə deyib. O, Aydının qələbəsindən sonra artıq 2 şirkətin ona sponsurluq etmək arsunuda olduğunu da diqqətə çatdırdı və bundan sonra şahmatçının məşqləri və gələcək inkişafı üçün nazirlik və Federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib.

Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, eyni zamanda, Aydın Süleymanlının atası və şəxsi məqqçisi də iştirak edirdilər.

Diqqət və qəbul üçün nazirə təşəkkür edən Aydın Süleymanlı qalibiyyəti, oyunun gedişi, rəqibləri və gələcək planları və məşqləri haqqında danışdı. Aydın Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını bildirib, “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirindəki qələbəsini, bu yarışda da təkrarlayacağına çalışacağını söyləyib.

Görüşün sonunda nazir Azad Rəhimov və FIDE vitse-prezidenti Mahir Məmmədov tərəfindən Aydın Süleymanlıya hədiyyə təqdim olunub.

Həmin kateqoriyadan