Azad Rəhimov rusiyalı həmkarı Pavel Kolobkovu qəbul edib

Bu gün gənclər əv idman naziri Azad Rəhimov rusiyalı həmkarı Pavel Kolobkovla görüşüb. Allsport.az saytı xəbər verir ki, qonağı salamlayan dövlət rəsmisi 2018-ci ilin sentyabr ayında  “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” imzalanmış Sazişin çox böyük uğurla həyata keçirldiyini, sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırdı: “Saziş hər iki ölkənin idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsibdə  çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları aktiv şəkildə iştirak edir, yüksək pillələri qazanırlar. Növbəti ilin Olimpiya ili olacağını nəzər alsaq, demək ki, bizi daha məsuliyyətli və gərgin il gözləyir.”

Qəbul üçün təşəkkürünü bildirən Pavel Kolobkov da öz nöbəsində  2018-ci ildə Soçi şəhərində imzalanmış Sazişin əhəmiyyətindən və ötən il ərzində qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan  söz açdı.

Nazir bildirdi ki, 2020-ci ilin  avqust ayında  Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman  yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2000-dən çox qonaq qatılacaq. Pavel Kolobkov çıxışının davamında söylədi: “Azərbaycan söz əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarınının təşkili ən yüksək səviyyədə gerçəkləşir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman  yarışları  idman sevərlərin yaddaşında uzun müddət həkk olunacaq. Əgər, 2022-ci ildə baş tutacaq nöbəti yarış Azərbaycanın payına düşərsə, o zaman da hər şeyin yüksək səviyyədə gerçəkləşəcəyini indidən deyə bilərik. Hal hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman  yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır.”

Görüşün sonunda Rusiya Federasiyasnın idman naziri Pavel Kolobkov Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovu 10-11  oktyabr  2019-cu il tarixdə Rusiyanın Nijni Novqorod şəhərində gerçəkləşəcək “Rusiya İdman ölkəsi” Beynəlxalq idman forumuna dəvət etdi.

Həmin kateqoriyadan