Azad Rəhimov: Türk Şurasında əməkdaşlıq düzgün istiqamətdə gedir

Bişkekdə Türk Şurası gənclər və idman nazirlərinin 4-cü iclası davam edir. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən Azad Rəhimov əməkdaşlığın düzgün istiqamətdə getdiyini bildirib: “Qeyd edim ki, Azərbaycan 2016-2019-cu illərdə Türk Şurasının 3 gənclər, 2 idman tədbirlərinə və 1 dəfə nazirlərin iclasına ev sahibliyi edib. Eyni zamanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançılarının iştrakı təmin edilib.

Ölkə başçısı İlham Əliyevin istər gənclər, istərsə də, idman sahələrinə xüsusi diqqət və qayğı göstərir. Bildiyiniz kimi, keçən ay Türk Şurası gənclər platformasının 1-ci baş assambleyası Bakıda təşkil edilmişdi. Zirvə toplantısı ərəfəsində keçirildiyini nəzərə alsaq yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, baş assambleyalar məhz Zirvə yığıncaqlarından öncə keçirlisin”.



Həmin kateqoriyadan