- Baxış sayı: 17
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 5-ci turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AzAL ölkə çempionatlarına 100-cü dəfə məğlub olub. Allsport.az xəbər verir ki, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb.
Hesabında 113 qələbə və 90 heç-heçə edə olan bakılılar həm də antirekorda imza atıb. Belə ki, AzAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.
AzAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.
1992. “Xəzər” (Lənkəran) – 2 xal, 0-8
2004/05. “Göyəzən” (Qazax) – 1 xal, 0-4
2015/16. AzAL (Bakı) – 0 xal, 0-7
AzAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.
1992. “Şirvan” (Kürdəmir) – 0 xal, 1-18
1994/95. “Xəzər” (Sumqayıt) – 0 xal, 1-24
1995/96. MOİK (Bakı) – 0 xal, 4-19
1995/96. “Pambıqçı” (Neftçala) – 0 xal, 2-15
1996/97. “Şəmkir” – 0 xal, 1-25
1998/99. “Şahdağ” (Qusar) – 0 xal, 5-28
2003/04. “Lokomotiv” (İmişli) – 0 xal, 4-20
2004/05. “Şəfa” (Bakı) – 0 xal, 3-17
2015/16. AzAL (Bakı) – 0 xal, 0-7
Qeyd edək ki, AzAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar matın 28-də “Neftçi”ilə qarşılaşmada (1:1)bunu bacarıb. Həmin vaxtdan 5 oyundure məğlub olan AzAL-ın tarixində ən uzun yenilgi seriyası isə 2006-cı ildə qeydə alınıb – ardıcıl 7 məğlubiyyət.