AzAL üçün tarixin ən uğursuz startı

AzAL Topaz Premyer Liqasının ilk 3 turunda məğlub olub. Allsport.az xəbər verir ki, bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır.

2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AzAL həmin vaxt 1 xalla kifayətlənmişdi. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AzAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec – III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.

Xatırladaq ki, AzAL cari mövsümdə “Zirə”yə 0:1, “Qəbələ” və “Qarabağ”a eyni – 0:2 hesabı ilə uduzub.

Həmin kateqoriyadan