- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 69
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçuların superliqasının 3-cü turunda “Azəryol” tam üstünlüklə “İdman akademiyası”na qalib gəldi (43:18). Komandanın qapıçısı və kapitanı Azaliya Həsənova sevincini allsport.az saytı ilə bölüşüb:
“Pandemiyadan sonra Azərbaycan çempionatını səbirsizliklə gözləyirdik. Bu rəqabətə ciddi hazırlaşmışdıq. Məqsədimiz daim uca zirvələri tutmaqdır. Bu mübarizədə əsas rəqibimiz “Qarabağ”dır. Amma digər klublar da sonadək oynayırlar.
Hələ çempionat yeni başlayıb. Fərəhlidir ki, ilk dövrəni inamla başa vurduq. Ancaq arxayınlaşmaq olmaz. Qarşıdakı görüşlərə də ciddi hazırlaşacağıq və yüksək nəticə qazanmağa çalışacağıq”.