- Baxış sayı: 65
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Premyer Liqanın 31-ci turunda “İnter”ə 2:0 qalib gəldikləri oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, müdafiəçisi, qızıl medallara daha yaxınıaşdıqlarını deyib:
“”Zirə” keçən tur xal itirdi. Bizə çempionluğu rəsmiləşdirməyə 1 xal da qane edəcək. Buna baxmayaraq, rahatlaşmırıq və bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq. Ancaq çalışacağıq ki, qalib gəlib çempionluğu vaxtından əvvəl rəsmiləşdirək.
Azarkeşlər “Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Biz özümüz də bunun arzusundayıq. Fikrimcə, bu yarışın qrup mərhələsinə vəsiqə qazanmağımız üçün yetərincə təcrübəmiz var”.