“Azarkeşlərimizə acı verdiyimizi hiss edirik”

“Turan Tovuz” premyer liqanın XV turunda evdə “Sabah”a uduzub – 1:3.

Allsport.az xəbər verir ki, görüşdən sonra Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdıyev mətbuat konfransında bunu deyib:

“Müdafiədə buraxdığımız kobud səhvləri “Sabah” lazımınca dəyərləndirdi və layiqli qələbə qazandı. Müdafiədə belə səhvlər buraxmaq olmaz. Bu, bizə xas deyil. Azarkeşlərimizə acı verdiyimizi hiss edirik. Paltardəyişmə otağında da oyunçulara azarkeşlərimiz önündə belə məğlubiyyətin utancverici və ağrılı olduğunu dedim”.

Həmin kateqoriyadan